SON XƏBƏRLƏR

Kərəcin Xomeyni xəstəxanasının dializ şöbəsi bağlanıb- Podratçı tibbi təchizatların böyük hissəsini şöbədən aparıb

2021.10.20, 07:36
Kərəcin Xomeyni xəstəxanasının dializ şöbəsi bağlanıb- Podratçı tibbi təchizatların böyük hissəsini şöbədən aparıb

Gunaz.tv

GünAz TV: Kərəcin Xomeyni xəstəxanasının dializ şöbəsi boşaldılıb.

 

Xəstəxananın İslami Əmək Şurasının rəhbəri Qasım Tahiri “İsna” agentliyinə verdiyi açıqlamada bildirib ki, vəziyyəti xəstəxananın borclu olduğu şirkət və şəxslərin tibbi avadanlıqları aparmaları ilə əlaqələndirib.

 

Onun sözlərinə görə, məhkəmənin qərarı ilə podratçılardan birinin borcunun müqabilində xəstəxananın mikrobiokimya və patologiya laboratoriyalarında mövcud olan tibbi təchizatlar şikayətçinin xeyrinə müsadirə olunub.

 

O qeyd edib ki, xəstəxana aldığı tibbi ləvazimatların qarşılığında podratçıya 40 milyard tümən borcludur.

 

Qasım Tahiri hazırda dializ şöbəsinin bağlandığını və xəstələrin digər xəstəxanalara müraciət etdiyini deyib.

 

Qeyd etmək lazımdır ki, sözügedən tibb müəssisəsinin əməkdaşları son illər ərzində dəfələrlə əməhaqlarının gecikdirilməsi səbəbindən etiraz aksiyası keçiriblər.

 

Əlburz əyalətinin rəsmiləri vəziyyətdən çıxış yolu kimi xəstəxananın özəlləşdirilməsini təklif etmişdilər. Lakin müəssisənin 2 dəfə özəl sektora satılmasına baxmayaraq, hələ də işçilərin əməkhaqlarının verilməsi gecikdirilər və xəstəxananın gələcəyi qeyri-müəyyən vəziyyətdə qalır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar