SON XƏBƏRLƏR

Kitab və yazıları,sürətlə və effektli oxumağın yolları. Lalə Zabitqızı

2021.10.20, 07:36
Kitab və yazıları,sürətlə və effektli oxumağın yolları. Lalə Zabitqızı

Gunaz.tv
Lalə Zabitqızı Kitabları sürətlə və effektli oxumağın yolları. yazar_cvimbfp9.gif Keçən yazıda İsveç əhalsinin yüksək oxuculuq səviyyəsindən bəhs etmişdim. Əgər İsveçdən başqa digər inkişaf etmiş ölkələrə də nəzər salsaq, əhalinin oxuculuq səviyyəsinin yüksək olduğunu görəcəyik. Bu, ölkələrin əhalisinin oxuculuq səviyyəsinin yuksək olmasının səbəblərindən biri onların kitablardan surətli və səmərəli istifadə etmələridir Lakin sürətli və effektli, yəni səmərəli kitab oxumağin özü isə müxtəlif bilgi tələb edir. Bəs görəsən isveçlilər səmərəli oxumaq üçün nə edirlər? Istərdim ki, bu dəfə də isveçlilərin oxumağın yollarını necə öyrəndiklərindən bəhs edim. Oxucuları məlumatlandırmaq ücün qeyd etmək istəyirəm ki, hər il, İsveçdəki təhsil ocaqlarinda dərs ilinin ilk həftəsi tələbələrə "oxumaq texnikasi " öyrədilir. Kursda ilk olaraq hər bir tələbənin beyin aktivliyinin necə olması və hansi xarakterə malik olması, muxtəlif testlər vasitəsi ilə aydınlaşdırılır. Məlumat üçün deyim ki, hər bir insan beyninin sağ və ya sol yarımkürəciyinin aktivliyindən asılı olaraq, muxtəlif cür düşünür və müxtəlif cür öyrənir. Məsələn, sağ yarımkürəciyi aktiv olanlar dəqiqlikdən uzaqdırlar və onların bilikləri yalnız fantaziyalara söykənir. Belə ki, öyrənməsi gərəkən mövzu mütləq müxtəlif rəngli şəkilllərlə izah olunsa, daha yaxşı anlaya bilər və ya yadda qalar.. Və yaxud xaraktercə sakit və yaddaş zəifliyi olanlar daha yaxşı olar ki, musiqi dinləyə dinləyə oxusunlar. Musiqi xüsusilə də, taktlarla zəngin olan musiqi növləri beyinin aktivləşməsinə kömək edir. Bundan başqa kursda effektli və surətli kitab oxumaq üçün ədəbiyyat nümunələri göstərilir və məsləhətlər verilir. İstərdim ki qısa da olsa bu ədəbiyyat nümunələrinin verdikləri məsləhətlərin bir neçəsinə aydınlıq gətirim. Məsələn, başlayaq daha cox oxuduğumuz qəzet və jurnallardan. Qəzetləri, jurnalları və ya yalnız məlumat üçün oxuduğumuz kitabları dəqiq oxumağa ehtiyac yoxdur. Yalnız vərəqlərə uzaqdan göz gəzdirməklə bizə lazim olan informasiyanı götürə bilərik. Bələ ki, insan beyni bizə hansi məlumatın lazım olduğu barədə düşüncələrimiz vasitəsi ilə məlumatlandırılır, vərəqlərə göz gəzdirən zaman isə bizə lazim olan informasiyanı görən kimi məlumatı bizə ötürür. Biz isə bunun müqabilində bir vərəqdən yalnız bizə lazım olan bir cümləni dəqiqliklə oxuyuruq, beləliklə bütöv bir vərəqi sözbə söz dəqiq oxumağa ehtiyac qalmır. Nəzərinizə catdırım ki, bu tərz yalnız məlumat ücün oxuduğumuz qəzet və kitablara aiddir. Nəyi isə öyrənmək üçün və ya yadda saxlamaq üçün oxuyanda (xüsusilə də məktəb dərsliklərinin bəzilərinə və dil öyrənməyə aiddir) önəmli olan başa düşməsən belə oxumaqdır. Yadda saxlamaq üçün bir şeyi 10 dəfə oxumağa ehtiyac yoxdur. Çünki, insan beyninin quruluşu imkan verir ki oxuduğunu sonradan xatırlasın. Belə ki, gözlərimiz gördüyü hər bir şey barəsində beynimizə məlumat verir, beynimiz isə öz növbəsində məlumatı arxa beyinin yaddaşına verir. Beləlikle eyni məlumata bir müddət sonra rast gəldiyimizdə, eşitməmiz və ya görməmiz yetir ki, beynimiz o məlumatı yaddaşdan bizə ötürsün. Bir qədər aydınlıq gətirmək üçün psixoloqların apardığı tədqiqatı nəzərinizə çatdirmaq istərdim. Kiçik yaşlı , hələ hərfləri tanımayan uşağa üzərində alma şəkli olan və altında isə alma sözləri yazılan tablo göstərirlər, bir neçə dəfə uşağa şəklin alma olduğunu söylədikdən sonra, şəkil olmadan yalnız hərflərlə alma yazılan tablo göstərildikdə, uşaq oxumağı bacarmasa da, yazının alma olduğunu söyləyə bilir. Bu isə yuxarıda yazdıqlarımın təsdiqidir. Məlumat artıq yaddaşda var, yalnız görmək yetir ki, beyin yazılanın nə olması barədə məlumat versin. Beləliklə İsveçlilər bu tip kursların və ya ədəbiyyat vasitələrinin köməyi ilə daha cox sayda və daha effektli kitab oxuyurlar. www.bizimyol.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar