SON XƏBƏRLƏR

KİV: Kim Çen In Donald Trampı KXDR-ə dəvət edib

2021.10.20, 07:36
KİV: Kim Çen In Donald Trampı KXDR-ə dəvət edib

Gunaz.tv

GünAz TV: Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampı Pxenyana dəvət edib.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "JoongAng Ilbo" qəzeti bir neçə məmura istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, dəvət ABŞ prezidentinə avqustun sonunda göndərilmiş məktub vasitəsilə edilib. Tramp həmin vaxt bildirib ki, KXDR sədrindən çox yaxşı məktub alıb. Onun sözlərinə görə, Kim Çen In "üç çox gözəl səhifə" yazıb, hansılarda ki, ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin keçirilməsindən şikayət edib və bundan sonra danışıqları yeniləməyi təklif edib. Tramp qeyd edib ki, məktub Pxenyandan onun kabinetinə birbaşa çatdırılıb.

 

Nəşr qeyd edib ki, Kim Çen In məktubunda həmçinin amerikalı həmkarına yüksək səviyyəli danışıqların üçüncü raundunu keçirməyi təklif edib. Trampın məktuba cavab verib-verməməsi məlum deyil. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar