SON XƏBƏRLƏR

KİV: Tacikistanda Çinin gizli hərbi bazası fəaliyyət göstərir

2021.10.20, 07:36
KİV: Tacikistanda Çinin gizli hərbi bazası fəaliyyət göstərir

Gunaz.tv

GünAz TV: Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Murqab rayonunda artıq 3 ildir Çinin gizli hərbi bazası fəaliyyət göstərir.

Bunu “The Washington Post” yazıb.

 

Məqalə müəllifi Harri Şix Tacikistan-Əfqanıstan sərhədinə sonuncu ezamiyyəti zamanı həmin bazada olub. O, bazada xidmət edən çinli hərbçi ilə bazarda rastlaşdığını bildirib. Ma adlı hərbçi bildirib ki, onlar artıq 3-4 ildir Tacikistan ərazisində dislokasiya olunublar.

 

Nə Tacikistan, nə də Çin rəsmilər hərbi baza barədə heç bir açıqlama verməyiblər. Hərbi müəssisə Çinin Nəzarət-Buraxılış Məntəqəsi, Əfqanıstanın Vaxon Buraxılış Məntəqəsi yaxınlığında, Tacikistanın Çinlə həmsərhəd Murqab rayonu ərazisində yerləşir. "Report"

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar