SON XƏBƏRLƏR

Kiyanuş Cahanpur: “İranda hər saatda 6 nəfər koronavirusdan ölür, 50 nəfər də virusa yoluxur”

2021.10.20, 07:36
Kiyanuş Cahanpur: “İranda hər saatda 6 nəfər koronavirusdan ölür, 50 nəfər də virusa yoluxur”

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 19-da özünün şəxsi “Twitter” səhifəsində paylaşdığı bir yazıda ölkədə koronavirusdan ölənlərin sayının sürətlə artmasını bildirib.

 

Cahanpur deyib ki, İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan həyatını itirir: “Bizdə olan son məlumatlara əsasən, hazırda təxminən hər saatda 6 nəfər koronavirusdan ölür, 50 nəfər də virusa yoluxur. Hesab edirəm ki, vətəndaşlar bunu nəzərə alaraq, səfərə çıxmaq, şəhərdə gəzmək və bayram görüşlərinə getməklə bağlı düzgün qərar verəcəklər” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bəyan edib.

 

 

Martın 18-də Qərbi Azərbaycan əyalətinə səfər edən İran səhiyyə nazirinin müavini İrəc Hərirçi jurnalistlərə açıqlamasında ölkədə hər saatda 3 nəfərin koronavirusdan öldüyünü bildirmişdi: “Təəssüflər olsun ki, hazırda hər saatda ən azı 3 nəfər koronavirusdan ölür, 43 nəfər isə virusa yoluxur. Bu isə son dərəcə nigaranlığa səbəb olan bir statistikadır” -deyə, İrəv Hərirçi bəyan etmişdi.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 19-da bəyanat yayaraq, bu günə qədər ölkədə koronavirusa yoluxanların sayının 18 min 407 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1284 nəfərə çatdığını bildirib.

 

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar