"Gölə su buraxılmayacağı təqdirdə bir dəfə geniş buxarlanma baş versə Urmu gölü tamamilə quruyacaq"-deyə, o, xəbərdarlıq edib.
O, Urmu gölünün bərpasının iqtisadi, sosial, siyasi, etnik və ixtisaslaşdırılmış ölçülərinin olduğunu qeyd edib, hazırda gölün bərpasından çox siyasi və qrup maraqlarının üstünlük təşkil etdiyini deyib.
Məsud Təcrişi bildirib ki, Urmu gölü qurusa, duzu fırtınaları şiddətlənəcək, təbii sərvətlər məhv olacaq, ekosistem pozulacaq.
"Bir müddət sonra kənd təsərrüfatı torpaqları və sivilizasiya yox olacaq"-deyə, o, bildirib.
Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün sahəsi tarixdə ilk dəfə olaraq 1000 kvadrat kilometrdən aşağı düşüb və hazırda gölün 91%-i quruyub.
Timur