SEPAH-ın keçmiş komandirlərindən olan Məhəmmədbaqir Bəxtiyar İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə ittiham edən audio faylı yayımlayıb.
O, səs yazısında 22 yaşlı qızın ölüm səbəbinin "kəllədən xəsarət" olaraq olduğunu və məhkəmə ekspertizasının etibarlı mənbələrinin bu faktı müəyyən etdiyini bildirib.
Bəxtiyar “sistemin daxilində olan vicdanlı insanların məlumatlarına” istinad edərək bildirib ki, Məhsa Əmini xəstəxanaya gələrkən “daxili qanaxma” səbəbindən reanimasiya bölməsinə yerləşdirilib və fiziki vəziyyətini sabitləşdirmək üçün zədələnmiş dalağı bədənindən çıxarmaq məcburiyyətində qalıblar.
Onun dediyinə görə, həkimlər Məhsanın “kəllə sümüyünün zədələnməsi” səbəbindən komaya girərək dünyasını dəyişdiyini təsdiq ediblər.
"Artıq əhali bir başa Xaməneyinin hədəf alıblar və onu istəmirlər. Bunu başa düşməlisiniz",- deyə, keçmiş SEPAH komandiri qeyd edib.
Cavidan