SON XƏBƏRLƏR

Koronavirus böhranı: İran Gilan əyalətində səyyar xəstəxanalar təşkil edir

2021.10.20, 07:36
Koronavirus böhranı: İran Gilan əyalətində səyyar xəstəxanalar təşkil edir

Gunaz.tv

GünAz TV: İran Gilan əyalətində koronavirusun kəskin yayılması səbəbindən səyyar xəstəxanalar təşkil etməyə başlayıb.

 

Bu barədə məlumat yayan İran Səhiyyə nazirinin Gilan əyalətində səlahiyyətli nümayəndəsi Məhəmmədhüseyn Qurbani sözügedən tipli xəstəxanaların “Sepah” və ordu tərəfindən qurulacağını deyib.

 

Rəsmi etiraf edib ki, ötən həftə ərzində ölkə ərazisində koronavirus ən çox Gilan əyalətində yayılıb. O, eyni zamanda xəstəliyin yayılma sürətinin qarşısını almaq üçün çıxış yolunun əyalət sakinlərinin öz evlərində karantinə alınması olduğunu deyib.

 

“Koronavirusun qarşısının alınması, eləcə də nəzarətdə saxlanmasının tək yolu xalqın evlərini tərk etməməsindən keçiri. Əgər insanlar buna əməl etməsələr, fors-major halı tətbiq etməklə, xalqı evlərində karantinə almaq məcburiyyətində qala bilərik”, - deyə Məhəmmədhüseyn Qurbani əlavə edib.

 

Rəsmi sonda Gilan əyalətində tibbi personel çatışmazlığının olduğunu deyərək, Səhiyyə nazirindən koronavirusun “az yayıldığı bölgələr”dən bu vilayətə həkim və tibb bacısı briqadaları göndərməsini istəyib.

 

Qeyd etmək lazımdır ki, Gilan əyaləti İranda koronavirusun ən çox yayıldığı bölgələrdən biridir. Məktəb və universitetlərdə edlən edilmiş tətildən istifadə edən digər bölgələrin sakinlərinin şimala doğru səyahət etməsi əyalətdə vəziyyəti daha da böhranlı edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar