SON XƏBƏRLƏR

Koronavirusla bağlı Qumda 3 nəfərə qarşı cinayət işi açılıb

2021.10.20, 07:36
Koronavirusla bağlı Qumda 3 nəfərə qarşı cinayət işi açılıb

Gunaz.tv

GünAz TV: Qum şəhərində koronavirusla bağlı ölkə rəsmilərini tənqid edən 3 nəfərə qarşı cinayət işi açılıb.

 

Bu barədə məlumat yayan Həsən Qərib həmin şəxslərdən birinin komediyaçı, digərlərinin isə sənədli film rejissoru və şair olduğunu deyib. O, həmin şəxslərə qarşı cinayət işinin "tibb bacılarını və Qum xalqını təhqir etmə" ittihamları əsasında başladıldığını qeyd edib.

 

Xatırladaq ki, son günlər İranda insanlar rejimi koronavirusla bağlı yalan məlumatlar yayması, eləcə də böhranı idarəetmədə səriştəsizliyinə görə kəskin tənqid edirlər. Həmin şəxslər arasında bəzi rəsmilər də var.

 

Ötən gün Dehloran rayonunun rəsmilərindən birinin isə "Koronavirusla Mübarizə üzrə Qərargahın qərarlarına əməl etməməsi" səbəbindən həbs edildiyi barədə məlumatlar yayılmışdı. O, koronavirus böhranı ilə əlaqədar həbs edilən ilk rəsmi hesab edilir. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar