SON XƏBƏRLƏR

Ukrayna aviasiyası İran dronlarını məhv etdi

2022.12.07, 09:47
Ukrayna aviasiyası İran dronlarını məhv etdi

Gunaz.tv

“Unian”a istinadən xəbər verir ki, son sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun bölmələrinə ümumilikdə 22 aviazərbə endirib.

Bildirilib ki, aviazərbələr nəticəsində Rusiya hərbi birləşmələrinin şəxsi heyəti, pilotsuz uçuş aparatları və digər hərbi texnikaları məhv edilib.

“Ukrayna qüvvələri 14 ədəd “Şahed-136” zərbə dronunu, 1 ədəd “Orlan-10” PUA-sını və daha 2 ədəd digər uçuş aparatını zərərsizləşdirib”, - deyə məlumatda qeyd olunub.

İran istehsalı olan “Şahed-136” və digər dronların Rusiya tərəfindən istifadə olunması ilə bağlı Ukrayna rəsmiləri müxtəlif vaxtlarda İranı sərt tənqid ediblər.
Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar