SON XƏBƏRLƏR

Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"

2022.10.28, 08:40
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"

Gunaz.tv

Qəzet adı açıqlanmayan mənbəyə istinadən bu məsələ üçün Tehran Beynəlxalq Hava Limanının bir hissəsinin ayrıldığını və məmur ailələrinin qaçması üçün gündəlik “beş reys” haqqının ayrıldığını açıqlayıb.

Qeyd edək ki, İran rəsmilərinin ailələrinin ölkədən qaçması və onların bəzilərinin Londona yerləşməsi barədə məlumatlar yayılıb.

Britaniya parlamenti üzvləri İrandakı vəziyyət barədə iki gün öncə parlamentdə İran xalqının molla rejiminə qarşı hazırkı etirazlar məsələsi ilə bağlı “təcili sual” qaldırıblar.

Britaniya parlamentinin üzvü Bob Stüart parlamentdə iştirak edən xarici işlər nazirinin müavininə İslam Respublikası rəsmilərinin ailə üzvlərinin Britaniya pasportu əldə etmək səyləri ilə bağlı aldığı məlumatlar barədə sual verib.

Cənab Stüart görüşdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsindən parlamenti "Londonun İran rejiminin misionerlərinin sığınacaq məkanına çevrilməyəcəyi barədə arxayın sala biləcəkmi" soruşub.

Parlamentin iclasında iştirak edən Böyük Britaniya xarici işlər nazirinin müavini Cillian Kiqan bu nümayəndəyə cavab verərək şayiələr barədə heç nə eşitmədiyini, ancaq məsələni araşdırıb sualı qaldıran nümayəndəyə məlumat verəcəyini deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar