SON XƏBƏRLƏR

Oktyabrın 10-u gecə saatlarında İranda nümayişlər davam edib-Ölənlər var

2022.10.11, 05:49
Oktyabrın 10-u gecə saatlarında İranda nümayişlər davam edib-Ölənlər var

Gunaz.tv

Oktyabrın 10-u gecə saatlarında İranın bir neçə şəhərində etiraz aksiyaları davam edib. 

Tehran, İsfahan, Sənəndəc, İsfahan, Saqqız, Şiraz və başqa şəhərlərdə keçirilən nümayişlərdə orta mktəb şagirdlərinin də geniş ştirak etdiyi qeyd olunur.

Tehranda öyrəncilərin aksiyasına polis və xüsusi təyinatlı qüvvələrin sərt müdaxiləsi, odlu silahlardan atəş açmaları nəticəsində bir neçə nəfər yaralanıb, bir öyrənci həyatını itirib.

İnsan haqları təşkilatları və sosial şəbəkə fəalları Urfan Nəzərbeyginin aldığı güllə yarası nəticəsində həyatını itirdiyini bildiriblər.

Kürdüstan əyalətinin mərkəzi Sənəndəc və Saqqız şəhərində nümayişlərin qarşıdurmalarla nəticələnib və hökumət qüvvələrinin Sənəndəc şəhərinin bir neçə bölgəsində saatlarla nəzarəti itiriblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar