SON XƏBƏRLƏR

Oktyabrın 13-ü gecə İranda nümayişlər davam edib

2022.10.14, 05:55
Oktyabrın 13-ü gecə İranda nümayişlər davam edib

Gunaz.tv

Etnik ərəblərin yaşadığı Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən nümayişlər zamanı Zahidan və Sənəndəc şəhərində vətəndaşların güllələnməsinə etiraz edilib.

Etnik bəluç və kürdlərlə həmrəylik şüarları verilib.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin Mahabad (Soyuqbulaq) şəhərində etiraz aksiyalarına müdaxilə etməyə çalışan hökumət qüvvələrinə qarşı müqavimət göstərilib.

Etirazçılar küçələrdə təkərləri yandırıb, polis və SEPAH qüvvələrinə məxsus avtomobillərin hərəkətinin qarşısını alıblar.

Saqqız şəhərində hökumət qüvvələri ilə nümayişçilər arasında toqquşma olub.

Nümayişçilərin müqaviməti ilə üzləşən məmurlar qaçmağa məcbur olublar.

Oktyabrın 14-ü səhər saatlarına kimi davam edən nüamyişlər yuxarıda adı çəkilən şəhərlərdən başqa Tehran, Kərəc, Kirmanşah, Ərak, Bukan, Sənəndəc, Mərivan və b. şəhərlərdə də saatlarla davam edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar