Oktyabrın 20-də Tehran, Təbriz, Rəşt və başqa bir neçə şəhərdə etiraz aksiyaları davam edib

21.10.2022, 05:00

Oktyabrın 20-də Tehran, Təbriz, Rəşt və başqa bir neçə şəhərdə etiraz aksiyaları davam edib. Tehranın Ekbatan bölgəsində başlayan nümayişlərdə Əli Xameneyiyə qarşı şüarlar səsləndirilib.

Gunaz.tv Quote | Gunaz article

Oktyabrın 20-i gecə saatlarında Tehran, Təbriz, İsfahan, Rəşt, Soyuqbulaq (Mahabad) və başqa bir neçə şəhərdə İslam Respublikasına qarşı etiraz aksiyaları davam edib.

Təbrizin Əngəc məscidi ətrafında toplaşan nümayişçilər başqa şəhərlərdə olduğu kimi Əli Xameneyi əleyhinə şüarlar səsləndiriblər.

İsfahanın "Çahar bağ" bölgəsində nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurma olub və bir neçə etirazçı saxlanılıb.

Rəşt şəhərində baş tutan etiraz aksiyasında hökumət məmurlarının etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə etdiyi, qarşıdurma yarandığı və bir neçə nəfərin yaralandığı bildirilir.

Bununla yanaşı başqa bir neçə şəhərdə də nümayişlər keçirilib və onlarla insan həbs edilib.

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social