SON XƏBƏRLƏR

"İran rəsmilərinin 4 min övladı qərb ölkələrində yaşayır"-Hökumət məmuru

2022.08.08, 10:04
"İran rəsmilərinin 4 min övladı qərb ölkələrində yaşayır"-Hökumət məmuru

Gunaz.tv

O, hazırda 3-4 min arası hökumət məmurunun övladının qərb ölkələrində yaşadığını bildirib.

İran parlamentinin bu məsələyə münasibət bildirməsini istəyən Qolpayeqani bununla bağlı parlamentə məktub yazdığını, məclisin açıq iclasında bir sıra müzakirələrin getdiyini, ancaq qəti tədbir görülmədiyini deyib.

"Bir sıra şəxslərin övladları xaricdə yaşadığına baxmayaraq onlar yenə də hökumətdə səlahiyyət sahibidirlər. Bununla yanaşı bir sıra rəsmilərin arasında bu sahədə sankı bir yarış var.

Onlar övladlarına dollar və yevro tədarük etmək üçün çalışdıqları halda ölkənin istiqlalından dəm vururlar"-deyə, Əxlaq Polisi Qərargahının başçısı qeyd edib.

Bundan öncə may ayında da, İnqilab Keşikçiləri Korpusunun quru əməliyyatları qərargahının rəisi ölkə rəsmilərinin 4 min övladının Amerika, Kanada və Avropada yaşadığını deyib.

İranın yüksək rütbəli məmurlarının qərb ölkələri əleyhinə şüarlar səsləndirmələrinə baxmayaraq, qərb ölkələrində dəbdəbəli həyat sürdükləri dəfələrlə mediada müzakirə mövzusuna çevrilib.

Məsələnin mediada geniş müzakirəsindən sonra 2019-cu ildə İran parlamenti dövlət məmurlarının övladları və birinci dərəcəli ailə üzvlərinin xaricdə "düşmən" ölkələrdə yaşamasını qadağan edən qanun layihəsinin hazırlanmasına qərar versə də, bu günə kimi qanun layihəsi müzakirəyə çıxarılmayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar