SON XƏBƏRLƏR

Hökumət Şərqi Azərbaycanda avtomobil istehsalına icazə vermir

2022.07.30, 07:34
Hökumət Şərqi Azərbaycanda avtomobil istehsalına icazə vermir

Gunaz.tv

O, Tehrandan hazır avtomobillərin iri yük maşınları (TIR) vasitəsilə Təbrizə gətirildiyini və burada yalnız boltların bağlandığını söyləyib.

"Əgər Şərqi Azərbaycan əyalətində avtomobil istehsalı ilə razı deyilsinizsə, onu istədiyiniz yerə aparın yada Azərbaycanda bütün istehsal xəttini yaratmağa icazə verin.

Burada güclü ana sənayelər var və ehtiyat hissələri istehsalçıları "Maşınqayırma" və "Traktor" zavodları ilə birlikdə bunun öhdəsindən gələ bilərlər"-deyə, Paşayi bildirib.

"Şərqi Azərbaycan Avtomobil və Mühərrik Assosiasiyası"nın başçısı son illər daha bir neçə sənaye müəssisəsinin Təbrizdən başqa əyalətlərə köçürüldüyünü, bir neçəsinin isə köçürülməsinə hazırlıq görüldüyü üçün fəaliyyətinin dayandırıldığını qeyd edib.

"Mərkəzdə oturan avtomobil istehsalçılarının birtərəfli müqavilələri təbrizli ehtiyat hissələri istehsalçılarının belini qırıb.

Müqavilələr tamamilə avtomobil istehsalçılarının xeyrinədir və ehtiyat hissələrinin vaxtında çatdırılmasına baxmayaraq, ödənişlər çox gec və xüsusi şərtlərlə qaytarılır"-deyə, Rza Paşayi azərbaycanlı istehsalçıların ağır durumda saxlanıldıqlarını bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar