SON XƏBƏRLƏR

Məlika Qaragözlü həbsxanadan psixiatriya xəstəxanasına köçürülüb

2022.11.18, 05:45
Məlika Qaragözlü həbsxanadan psixiatriya xəstəxanasına köçürülüb

Gunaz.tv

"Əvvəllər bir neçə psixoloq və psixiatr ifadə vermişdilər ki, müdafiə etdiyim şəxs həbsə dözə bilməz. Əvvəlki müraciətlərimizin nəticəsiz qaldığına görə, hər hansı hadisəyə görə məsuliyyət məhkəmə və təhlükəsizlik orqanlarının əməkdaşlarının üzərinə düşür",-deyə, Məlika Qaragözlünün vəkili Məhəmmədəli Kamfiruzi özünün sosial media hesabında yazıb.

22 yaşlı azərbaycanlı fəal sentyabrda Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib və oktyabrın 1-də saxlanılaraq zindana köçürülüb.

Bununla yanaşı Məlika Qaragözlünün ictimai, siyasi təşkilatlara üzv olması və iki il müddətinə sosial media fəaliyyətlərinə, ölkədən çıxışına qadağa qoyulub.

Məlika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, bundan öncə 2019-cu il oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilərək Evin zindanına köçürülüb.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar