QHT-lər ermənilərin Laçında ekoloji terror törətməsi ilə beynəlxalq təşkilatlara müraciət edib

17.08.2022, 13:40

Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşan ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Gunaz.tv Quote | Gunaz article

Müraciətdə deyilir:

"Biz, Azəryabcanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı narahatçılığımızı Sizə bildiririk.

Məlumat üçün qeyd edək ki, 10 noyabr 2020-ci il tarixində Üçtərəfli bəyanatın müvafiq bəndlərinə uyğun olaraq Laçın rayonu və onun ətrafında olan ərazilər Azərbaycan Respublikasına təhvil verilməli idi. Bu proses hazırda yekunlaşmaq üzrədir və 2022-ci ilin avqust ayının sonuna kimi həmin ərazidə qanunsuz məskunlaşmış insanlar kimliyindən asılı olmayaraq bölgədən çıxarılmalıdır.

Laçın rayonu və ətraf kəndlərdə 30 ilə yaxın müddətdə qanunsuz yaşamış bu şəxslər ərazini tərk edərkən ətrafdakı uzun əsrlik meşələri yandırır və ekoloji terror törədirlər. 

İşğal dövründə Topxana meşələrindən başlayaraq Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandıran, Üçtərəfli bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən çıxarkən meşələri, evləri, tarixi-mədəni abidələri məhv etməklə kifayətlənməyən ermənilər indi də Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vururlar. Ən dəhşətlisi isə budur ki, yerin üstünü vandalcasına məhv etdikləri az deyilmiş kimi yerin altını da başdan-başa minalarla çirkləndirirlər.

Bu gün Azərbaycan torpaqlarında törədilən bu çirkin əməllər təkcə Azərbaycan xalqına qarşı deyil, külli-bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir”.

Müraciətdə bildirilir ki, Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir:

"Biz bir qrup vətəndaş cəmiyyəti təşkilatları olaraq erməni əhalisinin Laçın rayonu və bütövlükdə Qarabağ ərazilərində apardıqları ekoloji terroru pisləyir və beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı dəyərləndirmə aparmalarını, eləcə də bu qeyri-insani əməllərin beynəlxalq səviyyədə qınanmasına dəstək göstərmələrini xahiş edirik".

Müraciəti imzalayan QHT-lər aşağıdakılardır:

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev,

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov,

"Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyinin sədri Anar Xəlilov,

"Ekoleks" Ekoloji Hüquq Mərkəzi ictimai birliyinin sədri Sevil İsayeva,

"Sudan İstifadə sahəsində Mütəxəssislər" ictimai birliyinin nümayəndəsi Pərvanə Xıdırova,

"Rüzgar" Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev,

Biosfer İctimai Birliyinin sədri Qorxmaz İbrahimli,

Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva,

“Sağlam Həyata Doğru" Ekoloji ictimai birliyinin sədri Sadiq Həsənov,

Ekoloji Maarifçilik və Monitorinq ictimai birliyinin sədri Qəmzə Yusubova

"Sosial - İqtisadi və Ekoloji İnkişaf" ictimai birliyinin sədri Rahilə Mehtiyeva

Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli,

Rəqəmsal İnkişaf İctimai Birliyinin sədri Könül Ağayeva,

"Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova,

“Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev,

"Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım ictimai birliyinin sədri Rübabə Hüseynli,

"Səyyahlar" Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyinin sədri Elsevər Cəlilov,

Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyinin sədri Tarverdi Hüseynov

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ötən gecə İranın 30 əyalətinin 83 şəhərində kütləvi etiraz aksiyaları keçirilib-VİDEO

2022-09-24

gun az article

Güneyli fəal Əhməd Ronəqi həbs edilib

2022-09-24

gun az article

Milli fəal Mehdi Həmidi Şəfiq SEPAH-ın kəşfiyyat bölməsinin təcridxanasına köçürülüb

2022-09-24

gun az article

“Körpü”də müzakirə: “Azərbaycan Ermənistan münasibətlərində xarici qüvvələr” və “İrandakı son durum” - VİDEO 

2022-09-24

gun az article

ETTELAAT və SEPAH Qərbi Azərbaycan və Sistan-Bəluçistanda əməliyyat keçirib

2022-09-24

gun az article

SEPAH Təbrizdə partlayışların qarşısını aldığını iddia edib

2022-09-23

gun az article

Ərdəbildə etirazçılar hökumət qüvvələrini qaçmağa məcbur etdi

2022-09-23

gun az article

Təbrizdə etiraz aksiyaları keçirilir-VİDEO

2022-09-23

gun az article

Qaşqay türkləri kütləvi etirazlara çağırış edib

2022-09-23

gun az article

Təbriz və Məlikanda 8 fəal həbs edilib

2022-09-23

gun az article

Güney azərbaycanlı media fəalı Hüseyn Ronəqi həbs edilib

2022-09-23

gun az article

Ərdəbildə saxlanılan daha bir fəalın kimliyi bəlli oldu

2022-09-23

gun az article

Etirazlar genişləndi, Təbriz Universitetində dərslər dayandırıldı

2022-09-23

gun az article

İran hökuməti Azərbaycan sərhəddində terrorçuların saxlanıldığını iddia edib

2022-09-23

gun az article

Sentyabrın 22-i gecə Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları davam edib

2022-09-23

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qan içində qurtuluş səsi” - VİDEO

2022-09-23

gun az article

Zənganda iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb

2022-09-23

gun az article

Təbrizin mərkəzi küçələrində etiraz aksiyaları başlayıb-VİDEO

2022-09-22

gun az article

 “Görüş”də müzakirə: “İranda etirazlar davam edir”-VİDEO

2022-09-22

gun az article

Ərdəbildə daha iki milli fəal həbs edildi

2022-09-22