SON XƏBƏRLƏR

QHT-lərə Dövlət Dəstəyi Agentliyi müsabiqədə qalib gəlmiş təşkilatlarla görüş keçirib

2022.08.16, 08:41
QHT-lərə Dövlət Dəstəyi Agentliyi müsabiqədə qalib gəlmiş təşkilatlarla görüş keçirib

Gunaz.tv

Görüşü açıq elan edən Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov qalib gələn təşkilatları təbrik edib və təşkilatlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Agentliyin layihələr üzrə meneceri Rövşən Həmidov layihələrin icra edilməsi, hesabatlıq qaydaları və təqdim edilən sənədlərin Agentliyin təlimatlarına uyğun icra edilməsi haqqında ətraflı məlumat verib.

Sonra Agentliyin baş mühasibi vəzifəsini icra edən Fariz Budaqov layihələrin xərclər smetası, maliyyə hesabatlılığı və təqdim edilən maliyyə sənədlərinin Agentliyin təlimatlarına uyğun icra edilməsi haqqında məlumat verib. 

Çıxışlardan sonra İctimai Birliklər layihə ilə bağlı fikirlərini səsləndirərək, suallarını ünvanlayıblar. 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar