SON XƏBƏRLƏR

İl yarım ərzində İrandan 70 milyard dollar xaricə daşınıb

2022.12.24, 09:09
İl yarım ərzində İrandan 70 milyard dollar xaricə daşınıb

Gunaz.tv

"Tehran Times" qəzeti yazır ki, İranda valyuta məzənnəsinin sürətlə qalxması ilə eyni vaxtda kapitalın xaricə axını prosesi o dərəcədə artıb ki, özəl sektorun kommersiya orqanlarının açıqlamasına görə, son bir il yarımda İranın yalnız sənaye və ticarət sektoru ölkədən 70 milyard dollara qədər kapital çıxararaq Kanadaya aparıb. 

Müxtəlif səbəblərdən Kanada son illərdə miqrasiya və sərmayə qoyuluşu üçün əsas istiqamətlərdən biri olub və indi bu tendensiya daha da güclənib.

Hesabata görə, biznes mühitinin uyğunsuzluğu, iqtisadiyyatın üfiqinin və gələcəyinin qeyri-müəyyənliyi kimi bir neçə amilə görə İrandan kapitalın xaricə çıxarılması prosesi davam etsə də, bununla bağlı rəsmi və şəffaf statistika yoxdur.

Bu o deməkdir ki, İranın Mərkəzi Bankı və Statistika Mərkəzi kimi ölkənin əsas statistik orqanlarının bu barədə məlumatı yoxdur və ya açıq şəkildə dərc etmir.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar