SON XƏBƏRLƏR

Sulduzlu fəal Höccət İsmətzadə azadlığa buraxılıb

2021.11.29, 06:49
Sulduzlu fəal Höccət İsmətzadə azadlığa buraxılıb

Gunaz.tv

İlkin istintaq mərhələsində fəala qarşı “qanunsuz qruplar və təşkilatlara üzv olmaq” ittihamı irəli sürülüb.

O, sonuncu dəfə noyabrın 24-də İran Təhlükəsizlik Nazirliyinin  yerli bölməsinə çağırılaraq saxlanılıb.

Qeyd edək ki,  Höccət İsmətzadə sentyabrn 4-də “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunaraq İran təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Lakin sentyabrın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb. 

Fəalın saxlanılması səbəbi Sulduzun Saxsıtəpə kəndində yerli türklərlə etnik kürd azınlığı arasında baş verən qarşıdurma ilə bağllı məlumat yayması olub.

Qeyd edək ki, sentyabrın 3-ü, gecə saatlarında Qərbi Azərbaycanın Sulduz mahalının Saxsıtəpə kəndində etnik kürd azlığının nümayəndələri ilə yerli Azərbaycan türkləri arasında qarşıdurma baş verib.

Torpaq sahəsinin bölüşdürülməsi üstündə baş verən qarşıdurmada bir kürd fəal qətlə yetirilib, 4 nəfər isə yaralanıb.

Bu hadisə etnik kürd azlığının nümayəndələrinin yerli Saxsıtəpə türklərinin evlərinə basqın etmələrinə səbəb olub. Bu, sulduzluların geniş etirazlarını ilə qarşılaşıb.

Fəalların saxlanılması hökumət məmurlarının qeyd olunan hadisəyə laqeyd yanaşmalarına etiraz etmələri ilə bağlı olduğu ehtimal edilir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar