SON XƏBƏRLƏR

Kəleybərə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

2022.07.01, 10:37
Kəleybərə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

Gunaz.tv

Məlumata görə, Bəzz qalası ətrafına, Kəleybər şəhərinə minlərlə insan toplaşıb. Bununla əlaqədar Kəleybərə çox sayda təhlükəsizlik və xüsusi təyinatlı qüvvələr yerləşdirilib. İnternet xidmətləri dayandırılıb.

Müxtəlif yerlərdə qurulan postlarda Bəzz qalasına doğru gedən bütün vətəndaşların şəkilləri çəkilir, məmurlar videoçəkilş aparır.

Dünən Təbriz və başqa bir neçə şəhərdən Kəleybərə xüsusi təyinatlı qüvvələrin aparılmasına, məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, iyunun 1-i günorta saatlarına kimi Bəzz qalasına yaxın yerlərə çox sayda insanın toplaşdığı deyilir.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar