SON XƏBƏRLƏR

"Ölkədə resurslar ədalətli bölüşdürülmür"- Azərbaycanlı millət vəkilindən hökumətə ittiham

2022.01.19, 12:28
"Ölkədə resurslar ədalətli bölüşdürülmür"- Azərbaycanlı millət vəkilindən hökumətə ittiham

Gunaz.tv

O, ədalətsizliyin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Kəleybərin infrastruktur, inkişaf məsələləri və sosial problemlərinin müzakirəsinə həsr olunan toplantıda təmsil etdiyi bölgələrin bir sıra sahələrdə ölkə üzrə göstəricilərdən geridə qaldığını deyib.

“Kəleybər, Horan və Xudafərin bölgələri rifah göstəricilərindən ifrat dərəcədə uzaqdırlar. Əyalət məsulları bunun aradan qaldırılması üçün əməli addımlar atmağa borcludurlar”-deyə, Hüseyn Hatəmi bildirib.

Millət vəkili deyib ki, bölgədə yoxsulluğun ləğv edilməsi üçün resursların bölüşdürülməsində ədalətsizliyə son qoyulmalıdır.

“Bu insanların hüquqlarının əldə edilməsi paytaxtda oturan və məsələlərə mərkəzçi zehniyyətlə yanaşan məsulların baxış tərzi dəyişmədən mümkün deyil”-deyə, azərbaycanlı millət vəkili Tehran rəsmilərinin bölgəyə əhalisinə qarşı ayrı-seçkilik baxışlarının olduğuna işarə edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar