GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Hücum gecəsi İsveçrə səfiri SEPAH-a çağırılıb
Rusiyalı ekspert: Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir
Rusiya XİN: Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir
Ağalı kəndində silah-sursat aşkar edilib
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
İranın iqtisadiyyatı endirimli neft satışı hesabına inkişaf edib
Rusiya XİN Brüssel danışıqlarına dair sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir
Azərbaycanlı müəllim həbs cəzasını çəkmək üçün çağırıldı
Terrorçu qrupları dəstəkləyən şəxs Azərbaycanlı şərhçiyə həmlə edib
İran həbsxanalarında 5 məhkum edam edildi
ABŞ İsrailin İrana əks-hücum etməməsi müqabilində Rəfah əməliyyatını təsdiqləyib
Hizbullahın İsrailə həmlə üçün sitifadə etdiyi PUA İran istehsalı olub
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar
İsrail Avropa İttifaqının İrana qarşı yeni sanksiyalarını alqışlayıb
Kərim Fəyyazi yol qəzası nəticəsində həyatını itirib
Dövlət Xidməti: Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atılacaq
Güneyli aktivistlər prokurorluğa çağırılıb
Nərgiz Məhəmmədi: İran rejimi qadınlara qarşı müharibə elan edib
ABŞ Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
İrana qarşı yeni sanksiyalara görə AB-nin sammiti çağırılacaq - AB liderləri bəyanat yaydı
Milli fəal saxlanılaraq həbsxanaya köçürüldü
“The New York Times”: İsrail İrana geniş miqyaslı cavab verəcək
İran rejimi İsraili yarım əsrlik təyyarə ilə qorxudur
Hizbullah İsrailin icma mərkəzinə hücum etdi
İran rejiminin tək bacarığı – saxta xəbər tirajlamaq
İranda daha bir məhbus intihar etdi
İranın əleyhinə bir neçə sərt layihə qərara alınıb - ayrıntılar
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib
Erməni deputat Rusiyanı ittiham edib
İran səfiri yenə qırmızı xətdən danışdı
ABŞ İranın hərəkətləri əleyhinə qarşı "birgə strategiya" planı hazırlayır
İran səfiri Portuqaliya XİN-ə çağırılıb - YENİLƏNİB
İran rejiminin qələbə eyforiyası
Kreml: Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlanılıb
Məcburi hicab qaydaları çərçivəsində geyim saytları bağlandı
Kemeron: İsrailin İranın hücumuna cavab vermək qərarı verdiyi aydındır
Almaniya və Britaniya XİN rəhbərləri İsraildədir
Təbrizdə məcburi hicab qaydaları ilə bağlı tədbirlər artırıldı
İbrahim Rəisi: İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq
Güneyli aktivistlər Tehranın prokurorluğuna çağırılıb
“Yeni sanksiyalarla İranın neft ixracatı üzrə potensial imkanı azalacaq”- ABŞ
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb
Milli fəallar istintaq idarəsinə çağırılıb
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunub.
Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı:
-Cənab Sədr.
Cənab Baş katib.
Qoşulmama Hərəkatına üzv dövlətlər adından çıxış etməkdən şərəf duyuram.
Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Baş Assambleyasının sədri cənab Abdulla Şahidin COVID-19 pandemiyası ilə mübarizədə universal peyvəndlənməyə dair belə yüksək səviyyəli tematik müzakirələrin keçirilməsi təşəbbüsünü təqdir edir.
Bu toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.
Biz, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolunu vurğulayırıq. Bu mənada biz Ümumdünya Səhiyyə Təşkilatının aparıcı rolunu qeyd edirik.
Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür.
2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.
COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir.
COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır.
Bu, həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur.
Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi vacibdir. Buraya müxtəlif addımlarla yanaşı, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsi də daxil edilməlidir.
Biz, həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edirik.
Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik.
Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq.
Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir.
COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir.
Xanımlar və cənablar, Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Hərəkatımız post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək.
Hörmətli tədbir iştirakçıları, indi isə mən ölkəm adından çıxış etmək istərdim.
Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Biz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub.
COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.
Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib.
BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Fürsətdən istifadə edərək, həmin təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığımı bildirirəm.
Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək.
Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik.
İndi biz post-COVID-19 dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində işləyirik.
Biz, həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarıyıq. Bundan sonra da təşəbbüslərimizin tərəfinizdən dəstəklənəcəyinə ümid edirik.
Sonda sizə iclasın uğurlu, müzakirələrin məhsuldar olmasını arzu edirəm. (modern.az)
Ayxan
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar
İrana qarşı yeni sanksiyalara görə AB-nin sammiti çağırılacaq - AB liderləri bəyanat yaydı
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib
İran səfiri yenə qırmızı xətdən danışdı
Kreml: Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlanılıb
Kemeron: İsrailin İranın hücumuna cavab vermək qərarı verdiyi aydındır
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb
Sistan və Bəlucistanda zəlzələ olub
İsrail-İran qarşıdurması "Traxtur"un baş məşqçisinin istefasına səbəb oldu
Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq
Israil XİN 32 ölkəni SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb
"Traxtur" tərəfdarının dəfn mərasimində qarşıdurma- Hökumət qüvvələri zor tətbiq etdi
XİN: Ağır cinayətlər törədənlər istisna olmaqla, Azərbaycan bütün saxlanılanları Ermənistana qaytarıb
Hicaba görə yüzlərlə qadın həbs edilib
SEPAH sosial media fəallarını təhdid edir
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başlayır
Media: İsrail İranın hücumuna tezliklə cavab verəcək
İsrail Hizbullah terror təşkilatının silah istehsal edən obyektlərini məhv etdi
Bayden: "Hərbçilərimizin bacarığı sayəsində İsrailə yönəlmiş PUA və raketləri vurduq"
Pakistan İrana bağlı silahlı qruplaşmanı terror təşkilatı elan etdi
“Azərbaycan rəqsi iffətə qarşı deyil”- Təbriz şəhərinin Prokurorluğu
Ağdamda 2 nəfər minaya düşüb
Polis komandanlığı: Aprelin 13-dən hicab layihəsi tam şiddətlə tətbiq olunacaq
Səhənd stadionunda Azərbaycan bayrağı qaldırıldı
Hindistan ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edib
İranın HƏMAS-a maliyyə yardımı ilə bağlı məktub ələ keçdi
İran uranın zənginləşdirilməsini sürətləndirib
Ermənistan tərəfi Azərbaycan sərhədçilərinə atəş açdığını etiraf edib
İran PUA-ları İsrailə çatmadan vurulub
Media: İsrail İranın hücumuna tezliklə cavab verəcək
Şorabildə ekoloji problem - Balıqlar məhv olur
İrana bağlı daha iki şəxs saxlanılıb
İsrail Livana aviazərbələr endirib
Fransa da İran səmasından uşuçlarını dayandırıb
Bayden: "Hərbçilərimizin bacarığı sayəsində İsrailə yönəlmiş PUA və raketləri vurduq"
Rişi Sunak: “Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşların təhlükəsizliyini müdafiə edəcək”
Avropa Birliyi İranın İsrailə hücumunu pislədi