SON XƏBƏRLƏR

İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransına qatılıb

2022.06.30, 09:49
İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransına qatılıb

Gunaz.tv

Prezident İlham Əliyev konfransda çıxış edib.

“Bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri cəmi bir neçə gün ərzində həyata keçirilir, Azərbaycana aid qətnamələr isə 28 il kağız üzərində qaldı”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı konfransında çıxışında deyib.

“Biz BMT Təhlükəsizlik Şurasında qərarlarının siyasi motivlərdən selektiv icrasına son qoyacaq islahatların aparılmasına tərəfdarıq”, - dövlət başçısı bildirib.

İlham Əliyevin çıxışından sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat verib.

O bildirib ki, konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib.

Qeyd edək ki, üç gün davam edəcək konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar