SON XƏBƏRLƏR

İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavinini qəbul edib

2022.11.21, 13:21
İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavinini qəbul edib

Gunaz.tv

Numan Kurtulmuş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlət başçısını təbrik edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı təbrikə görə minnətdarlığını ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirərək onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar