SON XƏBƏRLƏR

İlham Əliyev: "Türkiyə-Azərbaycan müttəfiqliyi xalqlarımızın qəlbindədir"

2022.03.05, 09:01
İlham Əliyev: "Türkiyə-Azərbaycan müttəfiqliyi xalqlarımızın qəlbindədir"

Gunaz.tv

Bunu Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

"Əlbəttə ki, bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağıq. Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. 

Bu, tarixi bir sənəddir. Əslində Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir.

Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik", - dövlət başçısı bildirib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar