SON XƏBƏRLƏR

İlham Əliyevin İranın hərbi təhdidi ilə bağlı çıxışı beynəlxalq mediada əks olunub

2022.11.09, 05:26
İlham Əliyevin İranın hərbi təhdidi ilə bağlı çıxışı beynəlxalq mediada əks olunub

Gunaz.tv

İranın təhlükəsizlik gücləri xalq etirazlarını qanlı şəkildə yatırılmağa çalışır. Eyni zamanda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirləri qonşuları müharibə ilə hədələyərək gərginliyi artırmağa, daxili repressiyaları ört-basdır etməyə çalışırlar.

"İran hərbi qüvvələrinin bu ölkənin şimal sərhədlərində yerləşdirilməsi və Azərbaycan Respublikası ərazisi yaxınlığında hərbi təlimlərin keçirilməsinə cavab olaraq prezident İlham Əliyev Şuşada çıxışı zamanı ölkəsinin “Qarabağ” bölgəsi üzərində Ermənistanla müharibədə qələbə çalmasına işarə edib və İran rəsmilərinə müraciət edərək bildirib ki, Azərbaycan heç kimdən qorxmur",-deyə, "əl-Ərəbiyyə" yazıb.

Noyabrın 8-də İlham Əliyev İranın hətta Ermənistanı dəstəkləmək üçün Azərbaycanla müharibəyə getməyə hazır olmasına eyham edib və erməni xalqına müraciət edib: “Heç kim sizin üçün döyüşməyəcək, amma döyüşsələr belə, Azərbaycan ordusu ilə üz-üzə gələcəklər”.

Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhərlərində İslam Respublikası rejiminə qarşı etirazlar davam edir.

Eyni zamanda qeyri-rəsmi xəbərlər də bildirilir ki, İran gərginliyi artıraraq, öz hüdudlarından kənarda və qonşu ölkələrlə hərbi qarşıdurmada müharibə vəziyyəti yaratmaqla ölkə daxilində baş qaldıran hökumət əleyhinə üsyanda diqqəti yayındırmaq niyyətindədir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar