SON XƏBƏRLƏR

Sülhməramlılar hərbçilərimizə hücum edən terrorçunu İrəvana verə bilər

2021.11.13, 13:02
Sülhməramlılar hərbçilərimizə hücum edən terrorçunu İrəvana verə bilər

Gunaz.tv

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazilriyinin birgə məlumatında "RQD-5" əl qumbarasından istifadə olunmaqla törədilən hücum zamanı 3 hərbi qulluqçumuzun yaralandığı bildirilib.

Hadisəni törədən Norayr Mirzoyan sülhməramlılar tərəfindən saxlanılıb. Hazırda onun Xankəndi yaxınlığında sülhməramlıların qərargahında olduğu bildirilir.

Ermənistan mediası terrorçunun İrəvana təhvil verilə biləcəyini yazır. Hazırda Xankəndidə vəziyyət gərgin olaraq qalır.

Xatırladaq ki, Norayr Mirzoyan II Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşlərdə iştirak edib.  (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar