SON XƏBƏRLƏR

Ali Radanın deputatı: “Ukrayna gələcəkdə Aİ-nin tamhüquqlu üzvü olacaq”

2022.06.24, 11:00
Ali Radanın deputatı: “Ukrayna gələcəkdə Aİ-nin tamhüquqlu üzvü olacaq”

Gunaz.tv

“Ukraynaya namizəd statusu verilməsi dövlətimiz üçün sadəcə yeni mərhələ deyil. Bununla Ukraynanın Avropaya inteqrasiya tarixində yeni səhifə açırıq”, - o bildirib.

V.Kolyux bunun tarixi qərar olduğunu deyib: “Bu, bizim ölkəmiz haqqında təsəvvürümüzü, özümüzü identifikasiya etməyimizi əbədi olaraq təsdiqləyir”.

O vurğulayıb ki, Ukrayna qərblə şərq, Avropa ilə Asiya arasında bufer və ya təsir zonası deyil, əksinə, Avropa ölkəsidir:

“Namizəd statusu bizim üçün yeni imicdir. Üstəlik bu, demokratik, hüquqi Avropa dövləti kimi inkişaf etməklə bağlı səylərimizin təsdiq edilməsidir. Ukrayna üçün namizəd statusu böyük uğurdur. Bu, yeni imkanlar və inteqrasiya, həmçinin islahatlar və Avropa İttifaqına tamhüquqlu üzvlük üçün fürsət yaradır”.

Xatırladaq ki, Aİ-nin son sammitində Ukrayna və Moldovaya namizəd statusu verilib.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar