SON XƏBƏRLƏR

"Medala görə dəyərlərə arxa çevirməyin"-Əli Xameneyi idmançılara səsləndi

2022.10.11, 08:26
"Medala görə dəyərlərə arxa çevirməyin"-Əli Xameneyi idmançılara səsləndi

Gunaz.tv

Əli Xameneyi adına tviter hesabında o, idmançılara medala görə dəyərlərə arxa çevirməməyi tövsiyə edib.

"İdmançılar diqqətli olsunlar ki, medala görə dəyərlərə arxa çevirməsinlər.

Bəzən idmançılarımız sionist rejimin idmançıları ilə görüşdən imtina edir, medaldan məhrum olurlar. Siz o idmançı ilə yarışsaz, qəsbkar sionist rejimi rəsmən tanımış olacaqsız",- deyə, Əli Xameneyi adından edilən paylaşımda boldirilib.

İran hökumətinin beynəlxalq yarışlarda idmançılara İsrail idmançıları ilə yarışlardan imtina etmələri barədə göstərişi, bu ölkə idmançılarının bir neçəsinin xarici ölkələrə sığınmasına səbəb olub.

Qeyd edək ki, İran rəhbəri Əli Xameneyinin 11 sentyabrda idmançılarla görüşdə dediyi sözlərin bir ay sonra yayılması onun öldüyünə və ya vəziyyətinin ağır olduğuna dair şübhələri gücləndirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar