SON XƏBƏRLƏR

Əli Xameneyinin adından açıqlama yayılıb

2022.10.03, 10:06
Əli Xameneyinin adından açıqlama yayılıb

Gunaz.tv

Əli Xameneyinin sözləri olduğu iddia edilən açıqlamada bildirilir ki. gənc qızın öldürülməsi hamının ürəyini yandırır, lakin bu, iğtişaşlara əsas verməməlidir.

"Hadisənin təfərrüatları bilinmədən bir qrupun küçələrə çıxıb xalqın təhlükəsizliyinə xələl gətirməsi, "Quran"ı, hicabı, məscidi, bankı və avtomobilləri yandırması, hicablı qadınların başından çadraları atması doğru  hərəkət deyil",- deyə, İran rəhbəri adından bildirilib.

Açıqlamada, təəssüf doğuran bir hadisəyə qarşı belə bir hərəkətlərin edilməsinin yersiz olduğu bildirirlir.

"Baş verənlər iğtişaşdır və bu öncədən Amrika və İsrail tərəfindən planlaşdırılıb"-deyə, açıqlamada bildirilir.

Qeyd edək ki, İran mediası Əli Xameneyinin bu gün, oktyabrın 3-ü səhər saatlarında İmam Həsən Müctəba adına Polis Akademiyasının tələbələrinin buraxılış mərasimində Əli Xameneyinin iştirak etdiyini iddia edib.

Məlumata görə, rəhbər silahlı qüvvələrin zabitlərinin buraxılış mərasiminə qatılıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar