SON XƏBƏRLƏR

Əli Baqiri Kəni: “Cənubi Koreya bizim blokadaya aldığı pullarımızı dərhal azad etməlidir”

2022.01.07, 14:10
Əli Baqiri Kəni: “Cənubi Koreya bizim blokadaya aldığı pullarımızı dərhal azad etməlidir”

Gunaz.tv

Vyanada səfərdə olan Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Çoy Conq Kun (Choi Jong-Kun) ilə görüşüb danışıqlar apardığını bildirən Əli Baqiri Kəni deyib ki, Vyanada aparılan danışıqların nəticəsindən asılı olmayaraq, Cənubi Koreya öz banklarında blokadaya aldığı İran pullarını dərhal azad etməlidir.

“Bizim Cənubi Koreya banklarında pullarımızın blokadaya alınması qanunsuzdur və bunu heç nə ilə izah etmək olmaz.

Hesab edirik ki, Cənubi Koreya hökuməti bu pulları ən aıza bir zamanda azad etməlidir”, -deyə Əli Baqiri Kəni bildirib.

Qeyd edək ki, İranın Cənubi Koreyaya neft satışından  əldə etdiyi təxminən 7 milyard dollar pulu ABŞ sanksiyaları səbəbindən illərdir Seul banklarında dondurulub.

Bildirilir ki, rəsmi Seul həmin pulları yalnız Amerika icazə verdiyi təqdirdə azad edə bilər. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar