SON XƏBƏRLƏR

Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi

2021.10.20, 07:36
Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi

Gunaz.tv

Bu barədə Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel Ərdoğanla birgə keçirilən mətbuat konfransı zamanı məlumat verib.

O qeyd edib ki, görüşlər zamanı Əfqanıstandakı vəziyyət müzakirə edilib.

"Əfqanıstan sakinlərinin qaçaqmalçıların və daşıyıcıların qurbanına çevrilməməsi üçün humanitar yardımın verilməsini təmin etməliyik.

"Taliban"la danışıqlar mövzusunda fikir mübadiləsi apardıq və bunu Əfqanıstanla bağlı komissarlarımız vasitəsi ilə birlikdə davam etdirə bilərik" - deyə Merkel bildirib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar