SON XƏBƏRLƏR

Almaniya öz vətəndaşlarını İranı təcili tərk etməyə çağırdı

2022.11.04, 06:44
Almaniya öz vətəndaşlarını İranı təcili tərk etməyə çağırdı

Gunaz.tv

Almaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu ölkənin vətəndaşlarından İranı tərk etmələrini istəyib.

Bəyanatda Alman vətəndaşlarının İran hökuməti tərəfindən əsassız saxlanılma, dindirmə və uzunmüddətli həbs riskinin olduğu bildirilib. var. 

"Ən əsası isə Almaniya vətəndaşlığı ilə yanaşı İran vətəndaşlığı olan ikili vətəndaşlar risk altındadır",-deyə, bəyanatda qeyd edilib.

Almaniya Xarici İşlər Nazirliyi İrana səfərlə bağlı tövsiyələrində vurğulayır ki, keçmişdə İrana asanlıqla səfər etsəniz belə, keçmişlə bağlı iddialara görə bu dəfə həbs oluna biləcəyinizi nəzərə alın.

Bundan əvvəl Almaniya mətbuatı İrandakı alman vətəndaşlarının sayının ən aşağı həddə çatdığını yazmışdı.

Bir neçə gün əvvəl Almaniya kansleri Olaf Şults İslam Respublikası təhlükəsizlik qüvvələrinin İranda nümayişçilərə qarşı “qeyri-mütənasib zorakılıqlarını” pisləyərək, İran xalqına dəstək verdiyini bəyan edib, Avropa Birliyinin İslam Respublikasına qarşı növbəti sanksiyaları nəzərdən keçirdiyini bildirib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar