SON XƏBƏRLƏR

Almaniyanın xarici işlər naziri İrana qarşı sanksiyalar tələb edib

2022.09.27, 04:29
Almaniyanın xarici işlər naziri İrana qarşı sanksiyalar tələb edib

Gunaz.tv

O, vurğulayıb ki, İran xalqının etirazlarının İslam Respublikası tərəfindən yatırılması cavabsız qalmamalıdır. 

Sentyabrın 26-da Analena Berbuk İranda etirazların geniş şəkildə yatırılmasına cavab olaraq “Biz indi Avropa Birliyində, İrandakı rəsmilərə sanksiya tətbiq edilməsini əhatə edən növbəti addımlar haqqında təcili müzakirələr aparmalıyıq”,- deyə, xarici işlər naziri bildirib.

Almaniyanın xarici işlər naziri həmçinin vurğulayıb ki, qadınların hüquqlarının vəziyyəti bütün cəmiyyətin vəziyyətinin göstəricisidir və qadınlar təhlükəsiz olmasa, heç kim təhlükəsiz olmayacaq.

Bununla yanaşı, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin İrandakı etirazların zorakılıqla yatırılması ilə bağlı İslam Respublikasının Berlindəki səfirini çağırdığını açıqlayıb.

Son bir neçə gün ərzində Berbuk və Almaniya hökumətinin bir çox digər yüksək rütbəli rəsmiləri Məhsa Əmininin ölümünü pisləyib və İranda etirazların yatırılması ilə bağlı Tehran hökumətinin qəddar davranışlarına qarşı aydın mövqe tutublar.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar