SON XƏBƏRLƏR

Almatıda iğtişaşlardan sonra 2 402 nəfər saxlanılıb

2022.01.15, 08:05
Almatıda iğtişaşlardan sonra 2 402 nəfər saxlanılıb

Gunaz.tv

Bu barədə şəhər komendaturasının informasiya mərkəzi məlumat yayıb.

"Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz hərəkətlərin, talanların və digər cinayətlərin ümumilikdə 2 402 iştirakçısı saxlanılıb. Ümumilikdə 79 odlu silah və 3 976 döyüş sursatı götürülüb", - məlumatda deyilir.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlar bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Almatıda polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub. Toqquşmalar zamanı minlərlə insan yaralanıb. 

Prezident Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar