SON XƏBƏRLƏR

Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib - FOTO

2021.10.20, 07:36
Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib - FOTO

Gunaz.tv

GünAz TV: Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib.


APA-nın London bürosunun məlumatına görə, London Azərbaycan Evində baş tutan tədbirdə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

 


Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə müstəqilliyin, inkişaf və davamlı tərəqqinin əhəmiyyətindən danışıb.


Azərbaycan Evinin qurucusu Ali Tekin Atalar hər il 18 oktyabrda qeyd edilən Dövlət Müstəqilliyi Gününün Azərbaycan tarixinin ən mühüm günlərindən biri olduğunu qeyd edib. O, azərbaycanlı və xarici qonaqlara Dövlət Müstəqilliyi Gününün tarixindən danışıb.

 


Daha sonra antropoloq və etnoqraf, 50-dən çox akademik nəşrin müəllifi olan Tamara Dragadze çıxışında Azərbaycanla bağlı xatirələrini bölüşüb və qonaqların Azərbaycan tarixi ilə bağlı suallarını cavablandırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar