SON XƏBƏRLƏR

Londonda İran səfirliyi qarşısında aksiya keçirilib

2021.10.20, 07:36
Londonda İran səfirliyi qarşısında aksiya keçirilib

Gunaz.tv

GünAz TV: İranın Londondakı səfirliyinin qarşısında bir qrup iranlı etiraz aksiyası keçirib.

 

Fevralın 10-da İran inqilabının 40-cı il dönümü ilə bağlı olaraq İran rejiminin müxaliflərinin keçirdiyi aksiyada “islam hökumətinə ölüm”, “Xamneyiyə ölüm” və “vilayəti fəqih nəzəriyyəsinə ölüm” kimi şüarlar səsləndiriblər.

 

Bundan bir gün öncə isə “Xalq Mücahidləri Təşkilatı”nın tərəfdarları Parisdə aksiya keçirərək, İran rejiminin devrilməsi tələb etmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar