SON XƏBƏRLƏR

"Hakimiyyətdə heç bir təmsilçimiz yoxdur"-Bəluçların sünni məzhəbli cümə imamı

2022.11.14, 13:00
"Hakimiyyətdə heç bir təmsilçimiz yoxdur"-Bəluçların sünni məzhəbli cümə imamı

Gunaz.tv

İranda həftələrdir davam edən etiraz aksiyaları və onlarla sünni bəluçun öldürülməsindən sonra İran rəhbəri Əli Xameneyinin tapışırığı ilə Sistan-Bəluçistan əyalətinə nümayəndə heyəti göndərilib.

Cümə İmamlarının Siyasət Şurasının rəhbəri və İslam Respublikası rəhbərinin nümayəndəsi Məhəmmədcavad Hacı Əli Əkbərinin başçılıq etdiyi nümayəndə heyəti sünni bəluçların ağsaqqalları və cümə imamları ilə danışıqlar aparıb.

Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmid nümayəndə heyəti ilə görüşündə sentyabrın 30-da onlarla bəluçun öldürülməsi ilə nəticələnən və "qanlı cümə" kimi tanına hadisədə əli yalın vətəndaşlara qarşı odlu silahlardan istifadəni tənqid edib.

"Gənclər polis bölməsini işğal etmək istəməyiblər. Onların arasında silahlı şəxslər və başqa müxalif qruplara bağlı adamlar olmayıb. Ancaq buna baxmayaraq, onlar hökumət məmurları tərəfindən güllələniblər",-deyə, cümə imamı bildirib.

O. Şirazda törədilən terror aksiyası nəticəsində həyatını itirən 15 nəfərə görə hökumət məsullarının başsağlığı verdiyi halda, 100-dən çox sünni bəluçun öldürülməsi qarşısında susduqlarını, bunun açıq-aşkar ayrı-seçkilik olduğunu söyləyib.

O, İran silahlı qüvvələrində də etnik və sünni bəluçların sayının olduqca az olduğuna diqqət çəkib və bunun bəluçlara qarşı daha qəddar münasibət göstərilməsinə də təsir etdiyini deyib.

Qeyd edək ki, bundan öncə sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Bundamn sonra 4 noyabrda Sistan-Bəlucistanın Xaş şəhərində cümə namazından sonra dinc nümayişlərin ölümcül şəkildə yatırılmasında iki uşaq da daxil olmaqla ən azı daha 18 etirazçı öldürüb, onlarla insan yaralayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar