SON XƏBƏRLƏR

"Bəluçları öldürən hökumət məmurları məsuliyyətə cəlb olunsun"-Deputatdan tələb

2022.11.07, 08:31
"Bəluçları öldürən hökumət məmurları məsuliyyətə cəlb olunsun"-Deputatdan tələb

Gunaz.tv

O, Zahidan şəhərində etnik bəluçlara qarşı qırğını qorxulu adlandıraraq, bunun amillərinin cinayət məsuliyyətinə cəlb edilmələri və cəzalandırılmalarını tələb edib.

"Zahidan faciəsinə səbəb olanlar hansı paltar və vəzifədə olmalarından asılı olmayaraq cəzalandırılmalıdırlar",-deyə, millət vəkili bildirib.

Millət vəkili məsulların etnik bəluçlara qarşı edilən haqsızlıqlara biganə yanaşdıqlarını, onların yarasına duz səpdiklərini və bəluçları separatçılıqda ittiham edərək onların qətliamına bəraət qazandırmağa çalışdıqlarını söyləyib.

Noyabrın 4-də Sistan-Bəluçistan əyalətinin Xaş şəhərində keçirilən etiraz aksiyaları zamanı hökumət məmurları əliyalın əhaliyə atəş açaraq 16 nəfəri öldürüb. onlarla etnik bəluçu yaralayıblar.

Bundan öncə sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar