SON XƏBƏRLƏR

Ulu türk ozanı Dərviş Əli Behrəvan 98 yaşında vəfat edib

2022.08.18, 10:01
Ulu türk ozanı Dərviş Əli Behrəvan 98 yaşında vəfat edib

Gunaz.tv

Dərviş Əli Behrəvan 1924-cü ildə indiki Qəzvin əyalətinin Buyin Zəhra bölgəsində anadan olub.

Azərbaycan sözü vətən sevdalı, dərviş ruhlu şairin dilinin əzbəri idi.
Səhərdə çıxdım otağımdan
Gül dərdim budağımdan
Bal süzülür dodağımdan 
Azərbaycan, Azərbaycan.

Sona üzər gözllərində
Büllbül ötər dillərində
Hər kəs xoşdur ellərində
Azərbaycan, Azərbaycan!

Atası Feyzullah xan Qacar şahları tərəfindən yaşadığı şəhərin valisi təyin edilmişdi.

O, bölgədə yaşayan türk ellərindən şahsevən, inanlı aksaklı, çoraklı, usanlı, günəşli, iraklı, bağdatlı, şevikli, potalı, musalı, musullu, mirşamlı, yağmurlu və rahatlı ellerinde aşıqlar və şairlər məclisi düzənləyib, türk mədəniyyətini, aşıq musiqisinin inkişafına xidmət göstərib. 

Dərviş Əli Behrəvan bu mühitdə böyüyüb, şeir və sənət dünyasına bu cür daxil olub. Türk aşıq musiqisindən ilhamlanan Dərviş Əli Behrəvan çoxsaylı şeirlər yazıb.

Onun "Ana yurdum", "Hər şair Şəhriyar olmaz", "El görüşü", "Ata Yavər" və başqa şeir kitabları ilə yanaşı şeirlərdən ibarət 300 audio kaseti yayılıb.

Qeyd edək ki, uluz ozan Behrəvan iranın türklər yaşayan Buyin Zəhra bölgəsində dəfn edilib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar