SON XƏBƏRLƏR

Həmədanda məktəblər qızdırılmır: Təhsil ocaqlarının texniki təchizatına vəsait ayrılmır

2021.11.04, 12:29
Həmədanda məktəblər qızdırılmır: Təhsil ocaqlarının texniki təchizatına vəsait ayrılmır

Gunaz.tv

Nəhavənd şəhərinin Təhsil Şurasının toplantısında etdiyi çıxışda Həmid Şiraziyan deyib ki, havaların soyumasına baxmayaraq əyalət məktəblərində istilik sistemləri quraşdırılmayıb.

O, bildirib ki, hal-hazırda bu məsələ üçün nəzərdə tutulan 2 milyard tümən vəsaitin heç nəyə yaramır. Ancaq bu az vəsait belə ödənilməyib və bu günə kimi əllərinə çatan 320 milyon tümən vəsaitin isə podratçı şirkətlərə olan borcların ödənilməsinə xərclənib.

Həmid Şiraziyan bununla yanaşı Nəhavənd şəhərinin Təhsil İdarəsinin inzibati binasının yarımçıq qaldığını, 10 il bundan öncə təməli qoyulan layihənin davam etdirilməsi üçün budcə ayrılmadığını qeyd edib.

Qeyd edə ki, bir neçə gün öncə İran Təhsil Nazirliyi koronovirusu bəhanə gətirərək məktəblərə gedən məktəblilərin qalın qış paltarları geyinmələri, istilik avadanlıqlarının işə salınmamasını tövsiyə edib.

C.E   
 

image_2021_11_3-1_2_29_478_EwT-590x393.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar