SON XƏBƏRLƏR

Həmədanda işsizlik göstəricisi artıb

2022.06.24, 11:46
Həmədanda işsizlik göstəricisi artıb

Gunaz.tv

"Həmədan əyalətində işsizlik səviyyəsi 18 faizdən aşağı deyil və 18 faiz elan edilməlidir. Yanlış statistik məlumatların açıqlanması Həmədan əyalətinə daha az büdcə ayrılmasına səbəb olub.

Üstəlik Həmədanda sərmayəçilərin cəlb olunması üçün şərait də əlverişli deyil"-deyə, Haci Babayi bildirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Həmədan əyalətinin valisi Əlirza Qasımnejad əyalətdə işsizlik səviyyəsinin rəsmi göstəricilərdən daha çox olduğunu, hazırda əyalətdə yeni işsizlik dalğasının başlandığını deyib.

O, İran Statistika Mərkəzinin verdiyi məlumatda Həmədan əyalətində işsizlik səviyyəsinin 7.5 faiz, yarımçıq iş səviyyəsinin isə 12.5 faiz olduğunu reallıqdan uzaq adlandırıb və bunun həqiqəti əks etdirmədiyini söyləyib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar