SON XƏBƏRLƏR

Həmədanda narazılıq: Çörəyin keyfiyyətsizliyi etiraz doğurdu

2021.12.17, 11:02
Həmədanda narazılıq: Çörəyin keyfiyyətsizliyi etiraz doğurdu

Gunaz.tv

Çörəkçilər Birliyinin başçısı Əbuzər Gülməhəmmədi faktı təsdiqləyib. 

“Son zamanlar çörəkçilərə paylanılan unların 70%-i keyfiyyətsiz olduğu üçün çörəyin keyfiyyəti aşağı düşüb və bu vətəndaşların narazılığı ilə qarşıaşıb”-deyə, Həmədanın Çörəkçilər Birliyinin başçısı Əbuzər Gülməhəmmədi bildirib. 

Gülməhəmmədi mediaya verdiyi açıqlamada başqa əyalətlərə keyfiyyətli buğda və un paylanıldığı halda Həmədan əyaləti üçün ən keyfiyyətsiz buğda və onun verilməsinin başa düşülən olmadığını deyib. 

Qeyd edək ki, noyabrın 27-dən etibarən Həmədan əyalətində çörək və un məmulatlarının qiyməti cari günəş ilində ikinci dəfə olaraq 50-55% civarında artıb. 

Kəskin qiymət artımına baxmayaraq, çörəyin keyfiyyətinin aşağı düşməsi həmədanlıların narazılığına səbəb olub. 

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar