SON XƏBƏRLƏR

Həmədanda çörəyin qiyməti kəskin bahalaşdı

2021.11.26, 10:21
Həmədanda çörəyin qiyməti kəskin bahalaşdı

Gunaz.tv

Məhəmmədəli Məhəmmədi noyabrın 27-dən etibarən əyalətdə çörək və un məmulatlarının qiymətinin bahalaşacağını bildirib.

O, qiymətlərin ən azı 50-55% bahalaşacağını, bunun çörəkçilərin razılığına səbəb olacağını deyib və bunun qaçılmaz olduğunu deyib.
Məhəmmədi özəlliklə son iki ildə inflyasiyanın artması, taxıl və un qiymətlərinin qalxmasını bu addımın atılmasına səbəb olduğunu qeyd edib.

Həmədanın fərmandarı bildirib ki, qiymətlərin qalxmasından narazılıq edən əhalini razı salmaq üçün çörəyin keyfiyyətinin yaxşılaşdırılmasına çalışacaqlar.

Qeyd edək ki, bundan öncədə Həmədanda daxil olmaqla bir neçə şəhərdə çörəyin qiymətinin bahalaşması vətəndaşların narazılığına səbəb olub.

C.E
 

ستادانتخابات شهرستان همدان فعال شد همدان پیام

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar