SON XƏBƏRLƏR

Həmədanda son 45 ilin ən quraq ili hökm sürür

2022.09.07, 10:14
Həmədanda son 45 ilin ən quraq ili hökm sürür

Gunaz.tv

Hüseyn Abidin sözlərinə görə, son 45 ildə əyalətdə yağıntının azalma tendensiyası müşahidə olunur.

Son 17 ayda Həmədan əyalətinə düşən yağıntı miqdarının 195 milimetr təşkil etdiyini deyən Abid özəliklə son 10 il ərzində yağıntıların kəskin azalması nəticəsində əyalət torpaqlarının 60 faizində quraqlıq və şiddətli quraqlığın hökm sürdüyünü bildirib.

Həmədan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Rza Bəhramlu da məsələ ilə bağlı verdiyi açıqlamada quraqlıq səbəbindən kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəydiyini söyləyib.

Qeyd edək ki, Həmədanda su qıtlığı və məsulların problemin həlli ilə bağlı səmərəli tədbirlər görməmələrinə etiraz olaraq avqustun 23-ü gecə saatlarında əhali etiraz aksiyası keçirib.

Həmədan əyalətinin səhiyyə rəsmiləri isə təmiz içməli su tapılmadığına görə əhalinin çirkli sulardan istifadə etməyə məcbur olduğunu, bununla da əyalətdə xüsusilə uşaqlar arasında xəstəliklərin yayıldığını, çox sayda insanın xəstəxanalara yerləşdirildiyini bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar