SON XƏBƏRLƏR

Həmədanda su çatışmazlığı barədə xəbərdarlıq edilib

2022.04.25, 13:43
Həmədanda su çatışmazlığı barədə xəbərdarlıq edilib

Gunaz.tv

Onun sözlərinə görə, Həmədan və ətraf bölgələrin içməli suyunun əsas təminatçısı olan Ekbatan su anbarında suyun həcmi ötən ilin oxşar dövrünə nisbətdə 60% azalıb.

Bəxtiyarifər ötən illə müqayisədə Həmədan əyalətində yağıntıların 27% azaldığını və bunun nəticəsində bəndlərdə su ehtiyatının tükəndiyi üçün qarşıdakı aylarda su böhranı dərinləşəcəyini deyib.

Qeyd edək ki, bir müddət bundan öncə Həmədanın Regional Su Şirkətinin Su Ehtiyatlarının Qorunması və İstifadəsi bölməsinin məsulu Davud Şahsevənd əyalətdə su ehtiyatlarının tükəndiyi və yaxın gələcəkdə su çatışmazlığı böhranı yaşanacağı barədə xəbərdarlıq etmişdi. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar