SON XƏBƏRLƏR

Həmədanda su çatışmazlığı davam edir

2022.02.18, 07:20
Həmədanda su çatışmazlığı davam edir

Gunaz.tv

Davud Şahsevənd əyalətdə ötən ilin eyni dövrünə nisbətdə yağıntıların 22% azaldığını və su anbarlarının yalnız 43 faizinin dolu olduğunu deyib.

“Əyalətdə istismar edilən su anbarlarının tutumu 108 milyon kubmetrə bərabər olsduğu halda, fevralın 16-a kimi Həmədanın su anbarlarında olan su ehtiyatı 46 milyon kubmetrdir”-deyə, Şahsevənd bildirib.

Bununla yanaşı Həmədan əyalətinin Su və Kanalizasiya Şirkətinin su istismarı üzrə sədr müavini Həmidrza Nikdad mediaya verdiyi açıqlamada yay fəslinin bitməsindən aylar keçməsinə baxmayaraq bölgələrdə quraqlıq və içməli su çatışmazlığının davam etdiyini deyib. 

O, Həmədan da daxil olmaqla əyalətin bir çox bölgələrinin əhalisinin içməli suya olan tələbatının səyyar su tankerləri ilə ödəməyə çalışdıqlarını bildirib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar