SON XƏBƏRLƏR

Həmədanda kütləvi zəhərlənmə

2022.08.12, 05:32
Həmədanda kütləvi zəhərlənmə

Gunaz.tv

Məlumata görə, əyalətin Əsədabad şəhərinin Çinar Olya kəndində 260 nəfər məhərrəmlik münasibəti ilə paylanan qida və şərbətdən zəhərlənib, bir nəfər isə ölüb.

Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Mehdi Məczubi hazırda 55 nəfərin xəstəxanada müalicə olunduğunu, onlardan bir neçəsinin durumunun ağır olduğu üçün reanimasiya bölmələrində yerləşdirildiyini deyib.

Əsədabad şəhərinin başçısı Hüseynəli Şürəkayi faktı təsdiqləyib və hadisə səbəbkarlarına qarşı cinayət işinin açıldığını bildirib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar